NBA

Donçiç "Leykers"dəki yeni rolu barədə danışıb

Donçiç "Leykers"dəki yeni rolu barədə danışıb

"Los-Anceles Leykers" basketbol klubu yeni mövsümə yenilənmiş heyətlə və sloveniyalı ulduz Luka Donçiçin liderliyi altında start verir.

AzB.az xəbər verir ki, mövsümöncəsi media günündə çıxış edən 27 yaşlı müdafiəçi zədəsini tam sağaltdığını və komandanın tək lideri kimi çıxış etməyə hazır olduğunu bildirib:

"Karyeramda bu mövqedə bir neçə dəfə olmuşam, mənim üçün yeni deyil. Özümü əla hiss edirəm və həyəcanlıyam. Basketbol oynamaq üçün uzun müddətdir bu qədər səbirsizliklə gözləməmişdim".

Klubun yeni transferi Sandro Mamukelaşvili isə "Leykers"lə 4 illik müqavilə imzaladığını və uşaqlıq kumiri Kobi Brayantın ruhunu meydançaya daşımaq istədiyini vurğulayıb.

Qeyd edək ki, "Leykers" yeni NBA mövsümündə ilk oyununu oktyabrın 21-də "Qolden Steyt Uorriors"a qarşı keçirəcək.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər