NBA

Nikola Yokiç "Denver Naqqets"lə yeni müqaviləni niyə təxirə saldığını açıqladı

Nikola Yokiç "Denver Naqqets"lə yeni müqaviləni niyə təxirə saldığını açıqladı

"Denver Naqqets"in ulduz mərkəz oyunçusu Nikola Yokiç klubla yeni müqavilə bağlamağı iki il üst-üstə təxirə salmasının komandanın gələcək planları ilə heç bir əlaqəsinin olmadığını bəyan edib.

AzB.az xəbər verir ki, serbiyalı basketbolçu gələn il yeni sözləşməyə imza atacağını bildirib:

"Gələn il yeni müqavilə imzalayacam, əgər təbii ki, onlar bunu istəsələr. Klubun rəhbərləri - Ben Tenzner, Con Uolles və Coş Kronke ilə daim əlaqədəyəm və onlar mənim mövqeyimi yaxşı bilirlər. Bu məsələdə tam açıq olmuşam və ümid edirəm ki, mənə güvənirlər".

Qeyd edək ki, iyul ayında Yokiç "Denver Naqqets"lə 4 illik müqavilə imzalaya bilərdi, lakin gələn yay o, əlavə bir illik müqavilə bağlamaq hüququ əldə edəcək. Yeni müqavilənin dəyərinin təxminən 360 milyon dollar olacağı gözlənilir ki, bu da NBA tarixində rekord məbləğ hesab olunur.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər