"Minnesota"nın baş məşqçisi Kris Finç Luka Donçiç, Ceyms Harden və ya Trey Yanq kimi tək bir oyunçunun ətrafında qurulan komandaların ("heliosentrik" model) pley-offda müəyyən limitlərə çırpıldığını bildirib.
AzB.az xəbər verir ki, mütəxəssis müasir basketbolda heyətin fərqli prinsiplərlə qurulmalı olduğunu vurğulayıb:
"Bu basketbolçular elit pleymeykerdirlər. Lakin belə sistemlə pley-offda əldə edilə biləcək uğurun maksimum həddi (tavanı) var. İndi heyəti fərqli formalaşdırmaq lazımdır: sizə dərinlik, gənclik və bir-birini əvəzləyə bilən oyunçular lazımdır".
Finç həmçinin əlavə edib ki, komandasının lideri Entoni Edvards anadangəlmə skorer olduğu üçün keçən mövsüm ona belə bir rolun verilməsi uyğun görünmürdü.