NBA

"Detroyt Pistons" Qari Harris ilə yollarını ayırdı

"Detroyt Pistons" Qari Harris ilə yollarını ayırdı
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

"Detroyt Pistons"da Qari Harris komandanın heyətindən çıxarılıb.

AzB.az xəbər verir ki, 32 yaşlı basketbolçu yayda 3,8 milyon dollarlıq oyunçu opsiyasını işə salaraq iyul ayında altı komandanın iştirak etdiyi böyük mübadilə çərçivəsində "Detroyt Pistons"a keçmişdi.

Həmin mübadilədə Santi Aldama "Dallas Maveriks"ə, Kris Middlton "Vaşinqton Uizards"a, Con Kollinz isə "Detroyt Pistons"a keçmişdi.

Ötən mövsüm "Miluoki Baks"da çıxış edən Harris meydanda keçirdiyi orta hesabla 13,8 dəqiqəyə 2,7 xal və 41,2 faiz üçxallıq atış dəqiqliyi ilə yadda qalıb.

"Detroyt Pistons"un 14-cü oyunçu yeri üçün Qari Harris və Torin Prins arasında seçim edəcəyi gözlənilirdi. Komandada 15-ci yerin isə müqavilə danışıqları yekunlaşdıqdan sonra Ceylen Dyuren üçün saxlanıldığı bildirilir.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər