NBA

Ceylen Düren "Detroyt Pistons"u çətin vəziyyətə salıb

Ceylen Düren "Detroyt Pistons"u çətin vəziyyətə salıb
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Ceylen Dürenin "Detroyt Pistons"la müqavilə danışıqlarında yaranan gərginlik komandada böhran yaradıb. 

AzB.az xəbər verir ki, 22 yaşlı mərkəz oyunçusu klubun rəsmi media günündə iştirak etməkdən imtina edib.

Ötən mövsüm "All-Star" oyununa seçilən və "All-NBA"in üçüncü rəmzi komandasına düşən Düren klubun 5 il üçün təklif etdiyi 200 milyon dollarlıq müqavilə uzatmasını rədd edib.

Mübahisənin əsas səbəbi rəhbərliyin yeni müqaviləyə fiziki formaya dair sərt şərtlər əlavə etməsidir.

Hazırda "Sakramento Kinqs" və "Miluoki Baks" kimi klubların vəziyyəti izlədiyi bildirilir.

Oktyabrın 20-də "Boston Seltiks"ə karşı yeni mövsümün açılış matçına hazırlaşan "Detroyt Pistons"da təlim-məşq toplanışına qatılmayan Dürenin cümə axşamına qədər qərar verməsi gözlənilir.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər