NBA

Kesslerin "Leykers"ə transferinin təfərrüatları bəlli oldu

Kesslerin "Leykers"ə transferinin təfərrüatları bəlli oldu

"Yuta Caz"ın mərkəz oyunçusu Uolker Kesslerin "Los Anceles Leykers"ə transferinin təfərrüatları bəlli olub.

AzB.az xəbər verir ki, insayder Mark Steynin məlumatına görə, basketbolçunun nümayəndələri "Yuta Caz" rəhbərliyini Kesslerin komandada qalacağı təqdirdə gələn il məhdudiyyətsiz azad agent kimi bazara çıxacağına inandıra biliblər.

Bu amil və "Leykers"in təklif etdiyi yüksək məbləğ transferin reallaşmasında həlledici rol oynayıb.

Kessler "Leykers"ə "sign-and-trade" çərçivəsində 4 illik, 130 milyon dollar dəyərində müqavilə ilə keçib.

Bu keçidin əvəzində "Yuta Caz" 2031 və 2033-cü illərin qorunmamış birinci raund draft seçimlərini, həmçinin 2028 və 2030-cu illər üçün seçim dəyişdirmə hüquqlarını əldə edib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər