NBA

Yannis Antetokunmpo "Mayami Hit"də yeni səhifə açır

Yannis Antetokunmpo "Mayami Hit"də yeni səhifə açır

Yunanıstanlı ulduz Yannis Antetokunmpo yay transferindən sonra "Mayami Hit"in çempionluq yürüşünə liderlik etməyə hazırlaşır. 

AzB.az xəbər verir ki, karyerasının ilk 13 ilini "Miluoki Baks"da keçirən 31 yaşlı forvard artıq yeni komandası ilə fərdi məşqlərini davam etdirir.

Təcrübəli basketbolçu yeni mərhələ haqqında təəssüratlarını bölüşüb:

"Özümü yaxşı hiss edirəm. Əvvəllər bu arenada rəqib kimi oynamışam, indi isə "Mayami Hit"in bir hissəsi olmaq həyəcanvericidir. 20 min azarkeşin qarşısına çıxacağıq anı səbirsizliklə gözləyirəm".

Erik Spoelstranın baş məşqçisi olduğu "Mayami Hit" yeni mövsümün hazırlıq matçlarına oktyabrın 3-də "Toronto Reptors"a qarşı start verəcək. Komanda NBA-də 2026/2027 mövsümünün açılış oyununu isə oktyabrın 21-də "Kaseya Center"də "Minnesota Timbervulvz"a qarşı keçirəcək.

Qeyd edək ki, Yannisin müqaviləsində 2027/2028 mövsümü üçün 62,78 milyon dollarlıq oyunçu seçimi hüququ var. Yanvar 2027-dən etibarən isə onun 4 illik 275 milyon dollarlıq yeni sözləşmə imzalamaq imkanı yarancaq.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər