NBA

Kendrik Perkinsdən iddialı açıqlama: "Bransonu Donçiçdən üstün tuturam"

Kendrik Perkinsdən iddialı açıqlama: "Bransonu Donçiçdən üstün tuturam"
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Sabiq NBA oyunçusu və hazırda televiziya şərhçisi kimi fəaliyyət göstərən Kendrik Perkins "Nyu-York Niks"in ulduzu Ceylen Branson ilə "Los Anceles Leykers"in lideri Luka Donçiçi müqayisə edib.

AzB.az xəbər verir ki, Perkins Bransonun hər mövsüm sabit oyunu ilə özünü sübut etdiyini vurğulayıb:

"Biz indi heç bir halda Luka Donçiçi Ceylen Bransondan üstün tuta bilmərik, xüsusilə də Bransonun ötən pley-offda göstərdiyi möhtəşəm oyundan sonra. Son üç ilə nəzər salsaq, mənim fikrimcə, Branson Şərq konfransında ən stabil və ən yaxşı oyunçu olub. Bəli, Yannis Antetokounmpo zədəli idi, amma Branson həmişə etibarlı çıxış edib. Bu mövsümə başlayarkən Bransonun liqanın ən yaxşı beş oyunçusu sırasına daxil edilməməsini ümumiyyətlə başa düşmürəm".

Qeyd edək ki, ESPN-in 2026/27 mövsümü üçün hazırladığı NBA reytinqində Branson 6-cı, Donçiç isə 4-cü pillədə qərarlaşıb.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər