LeBron Ceymsin gedişindən sonra "Los Anceles Leykers"də əsas ulduz statusunu Luka Donçiç qoruyub saxlayır.
AzB.az xəbər verir ki, klubun baş meneceri Rob Pelinka onun komandadakı təsiri barədə fikirlərini bölüşüb.
Pelinka Donçiçi yaradıcı tərəfdaş kimi dəyərləndirib və qərarların məsuliyyətinin tam olaraq öz üzərində olduğunu bildirib.
"Onun çox yaradıcı düşüncəsi var. Amma heyətlə bağlı bütün qərarlara görə məsuliyyət mənim üzərimdədir. Luka açıq şəkildə bildirib ki, o, nə baş menecer, nə də baş məşqçi olmaq niyyətində deyil. "Cey Cey – sən məşqçisən, Rob – sən baş menecer və prezident. Hər kəs öz işini görməlidir". Lakin biz ideyalarımızı bölüşə, qərarların üstün və mənfi tərəflərini müzakirə edə bilərik", – deyə Pelinka vurğulayıb.