Türkiyə Basketbol Super Liqasında 4-cü turun derbi qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Qalatasaray"ı qəbul edib.
AzB.az xəbər verir ki, böyük mübarizəyə səhnə olan matç ev sahiblərinin 83:80 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə "ağ-qaralar" mövsümdə 2-ci qələbəsini qazandığı halda, "sarı-qırmızılılar" 3-cü məğlubiyyətini alıb.
Görüşün ən məhsuldar oyunçusu "Beşiktaş"ın heyətində 18 xal toplayan Furkan Korkmaz olub. Entoni Braun 12 xal (6 ribaund), Ante Jijiç isə 11 xalla (7 ribaund) qələbəyə töhfə verib.
"Qalatasaray"da Şehmus Hazer, Aleksey Nikoliç və Ki Cey Simpsonun hərəyə vurduğu 12 xal məğlubiyyətin qarşısını almağa yetməyib.