Cedi Osman Yunanıstan çempionatında möhtəşəm çıxışı ilə yadda qalıb.
AzB.az xəbər verir ki, o, PAOK-un səfərdə "Kolossos" üzərində 88:84 hesablı qələbəsində əsas rol oynayıb və karyerasının ən yüksək göstəricisinə imza atıb.
Osman bu qarşılaşmada 37 xal toplayıb. O, üçxallıq atışlarda 7/11, iki xallıq atışlarda isə 3/4 dəqiqliklə oynayıb.
Bundan əlavə, onun aktivində 3 ribaund, 1 assist və 1 top oğurlama var.
Qeyd edək ki, Osman bu nəticə ilə daha əvvəl Türkiyə millisində atdığı 33 xalı geridə qoyub və yeni şəxsi rekord müəyyənləşdirib.
PAOK bu qələbə ilə Yunanıstan liqasında məğlubiyyətsizlik seriyasını 3 oyuna çatdırıb.