"Olimpiakos"un baş məşqçisi Yorqos BartzokasTayler Dorsinin "Barselona" ilə matçın heyətindən kənarlaşdırılaraq evə göndərilməsinə münasibət bildirib.
AzB.az xəbər verir ki, yunanıstanlı mütəxəssis basketbolçunun ünvanına dediyi sözlərə görə cəzalandırıldığını bildirib:
"Mən heç vaxt "Olimpiakos" formasını geyinmiş heç bir oyunçu barədə pis danışmıram və indi də bunu etməyəcəyəm. Hamımız anlamalıyıq ki, "Olimpiakos" hər şeydən üstündür və bunu ən çox qoruyan da mən olmalıyam. Hazırda diqqətimi heyətdəki 15 basketbolçuya yönəltmişəm. Dorsinin gələcəyi ilə bağlı son qərarı rəhbərlik verəcək".
Qeyd edək ki, 2027-ci ilə qədər müqaviləsi olan Dorsinin komandadakı gələcəyi sual altında qalır.