Avrokuboklar

Avroliqada V turun ən yaxşı oyunçusu müəyyənləşib

Avroliqada V turun ən yaxşı oyunçusu müəyyənləşib
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Jan Montero "Olimpiakos"un heyətində keçmiş klubu "Valensiya"ya qarşı möhtəşəm qayıdış edib. 

AzB.az xəbər verir ki, o, komandasının 28 xallıq geridönüşünə rəhbərlik edərək, EuroLeague tarixində ən böyük fərqlərdən birini aradan qaldırıb və "Olimpiakos" əlavə vaxtda 102:97 hesabı ilə qələbə qazanıb.

Montero bu qarşılaşmada 26 xal, 5 ribaund, 2 assist və 11 cərimə qazanaraq, ümumi faydalılıq əmsalı (PIR) 35-lə turun ən yaxşısı olub və 5-ci turun ən dəyərli oyunçusu adına layiq görülüb. "Makabi"dən Yam Madar isə 31 PIR ilə ikinci olub, lakin onun komandası "Barselona"ya 87:90 hesabı ilə uduzub.

"Anadolu Efes"dən Dario Şariç və "Beşiktaş"dan Ante Jiziç isə hərəyə 28 PIR toplayıblar. Şariç 21 xal, 6 ribaund və 2 top oğurlama ilə fərqlənib, Jiziç isə 17 xal, 5 ribaund və 4 assistlə yadda qalıb. "Paris Basketball"dan Tayson Etienne isə 27 PIR ilə ən yaxşılar sırasında yer alıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər