Avrokuboklar

“Olimpiakos”un basketbolçusu qalmaqallı paylaşımına görə komandadan kənarlaşdırıldı

“Olimpiakos”un basketbolçusu qalmaqallı paylaşımına görə komandadan kənarlaşdırıldı
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

“Olimpiakos” basketbol klubunun 30 yaşlı yunan-amerikalı müdafiəçisi Tayler Dorsi baş məşqçi korpusunu və klub rəhbərliyini kəskin tənqid etdikdən sonra intizam cəzasına məruz qalıb.

AzB.az xəbər verir ki, Avroliqanın 6-cı turu çərçivəsində “Barselona”ya karşı keçiriləcək vacib oyun öncəsi klub rəhbərliyi Dorsini heyətdən kənarlaşdıraraq dərhal Afinaya geri göndərib və ondan rəsmi üzr istəməsini tələb edib.

"Triple Threat Show" verilişində Yaron Blossomgeymin  "Dorsinin komandadakı rolu əvəzolunmaz deyil" - fikrinə cavab verən basketbolçu sərt ifadələr işlədib:
“Əgər etdiyim şeylər əvəzolunandırsa, niyə məni indi buraxmırsınız, xüsusən də pulumu vermək istəmirsinizsə? Niyə vaxt və dram yaradırsınız? Məşqçilər korpusunun ürəyindəki bu qorxu nədir?”

Dorsi, həmçinin oyun vaxtının gözlənilmədən düşməsindən gileylənərək əlavə edib:
"Mənim dəqiqələrim heç nədən azaldı. Bütün həqiqətlər açılacaq, hər şey kənardan göründüyü kimi deyil.”

Avroliqanın ilk oyununda “Baskoniya”ya qarşı 25 xal toplayan Dorsi sonrakı matçlarda zəif çıxış edib — “Anadolu Efes”lə matçda cəmi 4 xal toplayıb, “Valensiya” ilə son oyunda isə cəmi 5 dəqiqə meydanda qalıb.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər