Kosuşkins: “Həm “Neftçi”, həm də “LANDAU Lions” keyfiyyətli komandalardır”
"VEF Riqa”nın baş məşqçisi Jevgenijs Kosuşkins “Neftçi”yə qarşı oyundan sonra qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
AzB.az xəbər verir ki, latviyalı mütəxəssis komandasının ilk hissədəki çıxışından narazı qaldığını bildirib:
“İlk hissədə “Neftçi”yə oyunun tempinə tam nəzarət etmək imkanı verdik və meydanda zəif təsir bağışladıq. Bu, cari mövsümdə ilk hissədəki ən pis çıxışımız idi. Əlbəttə, “Neftçi” də yaxşı oynadı, amma biz matça yaxşı başlamadıq. Bunu əminliklə deyə bilərəm.
Daha sonra müəyyən dəyişikliklər etməli və ikinci hissədə daha çox enerji ilə oynamalı olduq. Bundan sonra oyuna nəzarəti ələ aldıq".
Mütəxəssis cari mövsüm Çempionlar Liqasında "LANDAU Lions" və Avropa Kubokunda "Neftçi"yə qarşı keçən oyunları şərh edib, komandaları dəyərləndirib:
"Həm “Neftçi”, həm də “LANDAU Lions” avrokuboklarda çıxış edir. Hər iki komanda keyfiyyətli heyətə malikdir. Onlardan hansının daha güclü və ya zəif olduğunu deyə bilmərəm. Xoşbəxtlikdən, hər iki komandaya qalib gəldik”.
