"Qalatasaray" kişilərdən ibarət basketbol komandasının baş məşqçisi postuna tanış simanı gətirir.
AzB.az "Eurohoops"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Manuçar Markoişvili ilə razılıq əldə edib.
2013/14 mövsümündə "sarı-qırmızılılar"ın heyətində yer alan 39 yaşlı gürcüstanlı mütəxəssis artıq komandanın uğurları üçün kənardan mübarizə aparacaq.
Ötən mövsüm "Monako"da müvəqqəti baş məşqçi kimi Avroliqa təcrübəsi qazanan Markoişvili, eyni zamanda Gürcüstan milli komandasında da köməkçi məşqçi funksiyasını yerinə yetirir.