Cedi Osmanın komandası Litvada büdrədi
Kişi basketbolçular arasında keçirilən EuroCup turnirinin III turu maraqlı nəticələrlə yadda qalıb.
AzB.az xəbər verir ki, B qrupunda yer alan "Bahçeşehir" doğma meydanda İspaniyanın "Manresa" klubuna 100:88 hesabı ilə qalib gələrək mövsümdə yoluna itkisiz davam edib. Fasiləyə 32:20 öndə yollanan İstanbul təmsilçisi ilk periyodda 32 xal toplamaqla klub rekordunu təkrarlayıb.
Qalib komandada Markiz Rid 22 xalla matçın ən məhsuldar oyunçusu olub.
Günün digər qarşılaşmasında Litva "Lietkabelis"i öz azarkeşləri önündə PAOK-u 95:86 hesabı ilə məğlub edib.
Aleks Şumaxerin 23 xal topladığı matçda Litva təmsilçisi Yunanıstan klubuna bu mövsümdə ilk məğlubiyyətini yaşadıb. Cedi Osman (17 xal) və Nik Kalatesin (13 xal, 8 assist) çıxış etdiyi PAOK bu yenilgi ilə liderliyini əldən verib.
