Avrokuboklar

NBA-dən "Qalatasaray"a gəlir

NBA-dən "Qalatasaray"a gəlir
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Mövsümə istədiyi kimi başlaya bilməyən "Qalatasaray" basketbol klubu heyətini NBA təcrübəsinə malik oyunçu ilə gücləndirməyə hazırlanır.

AzB.az xəbər verir ki, İstanbul təmsilçisi amerikalı müdafiəçi KJ Simpson ilə müqavilə bağlamağa çox yaxındır. 24 yaşlı basketbolçunun bu keçidi onun Avropa karyerasında ilk təcrübəsi olacaq.

KJ Simpsonun NBA statistikası: 2024-cü ildə NBA draftında 42-ci sıradan "Şarlott Hornets" tərəfindən seçilən Simpson liqada ümumilikdə 56 matçda şans qazanıb. Son olaraq "Denver Nagets"də forma geyinən amerikalı müdafiəçi ötən mövsüm meydana çıxdığı 20 oyunda orta hesabla 6,7 xal, 2,8 assist və 2,5 ribaund göstəriciləri ilə yadda qalıb.

Qeyd edək ki, "Qalatasaray" Basketbol Çempionlar Liqasının B qrupunda keçirdiyi ilk matçda məğlubiyyətlə üzləşib. "Sarı-qırmızılılar" Türkiyə Super Liqasında isə aktivinə 1 qələbə və 2 məğlubiyyət yazdırıb.

Klubun bu transferlə bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər