"Qalatasaray"da Cianmarko Potsekko dövrü başa çatır
"Qalatasaray" basketbol klubu italyalı başməşqçi Cianmarko Potsekko ilə yolları ayırmaq qərarına gəlib.
AzB.az xəbər verir ki, müqavilənin xitam olunması barədə rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.
Bu qərar "sarı-qırmızılı" komandanın Türkiyə Basketbol Superliqasının 3-cü həftəsində doğma meydanda "Bursaspor"a 88:93 hesabı ilə mağlub olmasından dərhal sonra qəbul edilib.
"Bursaspor"a uduzan "Qalatasaray" bütün turnirlər daxil olmaqla üst-üstə 3-cü mağlubiyyətini yaşadı. Komanda daha əvvəl daxili çempionatda səfərdə "Karşıyaka"ya əlavə vaxtda (71:78), FIBA Basketbol Çempionlar Liqasında isə "Çibona"ya (76:96) uduzmuşdu.
2025-ci ilin dekabrında Yakup Sekizkök ilə yollar ayrıldıqdan sonra komandaya gətirilən Potsekko 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalamışdı.
2025/26 mövsümündə daxili liqada 17 qələbə və 13 məğlubiyyətlə 7-ci yeri tutan komanda pley-off 1/4 finalında "Beşiktaş"a (ümumi hesabda - 1:2), Çempionlar Liqasında isə çərəkfinalda "La Laquna Tenerife"yə (ümumi hesabda - 1:2) uduzaraq mübarizəni dayandırmışdı.
