Avrokuboklar

BSL: "Qalatasaray" yenə məğlub oldu

BSL: "Qalatasaray" yenə məğlub oldu
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Türkiyə Basketbol Süper Liqasının (BSL) III turunun son matçında "Qalatasaray" öz meydanında "Bursaspor"u qəbul edib. 

AzB.az xəbər verir ki, qarşılaşma qonaqların 93:88 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "sarı-qırmızılılar" mövsümdə ikinci yenilgisini alıb, Bursa təmsilçisi isə ilk qələbəsini qazanıb.

Meydan sahiblərində Nikola İvanoviç 18 xalla komandasının ən məhsuldar oyunçusu olub. Şehmus Hazer 17, Aleksey Nikoliç 12, Alen Smailaqiç isə 10 xalla fərqlənib.

"Bursaspor"a vacib qələbəni qazandıran əsas fiqurlar isə Leyton Hammonds (25 xal), Brendon Teylor (21 xal) və Cavon Frimen-Liberti (19 xal) olublar.

BSL, III tur

"Qalatasaray" - "Bursaspor" 88:93 (20:20, 41:45, 60:66, 88:93)

Dostlarınla paylaş

Əlaqəli xəbərlər