Avroliqanın IV turunda Türkiyə təmsilçisi "Anadolu Efes" səfərdə "Olimpiakos"un qonağı olub.
AzB.az xəbər verir ki, xüsusilə ikinci hissədə müdafiədə zəif təsir bağışlayan Pablo Lasonun yetirmələri Yunanıstan klubuna 66:89 hesabı ilə uduzub.
Bu, "Anadolu Efes"in turnirdəki 3-cü məğlubiyyəti olub. 3-cü qələbəsini qazanan "Olimpiakos"da Jan Montero 16 xalla matçın ən məhsuldar oyunçusu seçilib. Qonaqlarda isə debüt oyununa çıxan Kemeron Peyn 12 xalla yadda qalıb.
Qeyd edək ki, "Anadolu Efes" növbəti turda doğma meydanda "Bavariya"nı qəbul edəcək, "Olimpiakos" isə "Valensiya"nın qonağı olacaq.