Basketbol Çempionlar Liqasında 2026/27 mövsümünə start verilib.
AzB.az xəbər verir ki, B qrupundakı ilk matçında Türkiyə təmsilçisi "Qalatasaray" Xorvatiyanın "Sibona" klubunun qonağı olub.
Qarşılaşma boyunca müdafiədə inamsız təsir bağışlayan İstanbul təmsilçisi sahadan 76:96 hesablı məğlubiyyətlə ayrılıb.
Meydan sahiblərinin heyətində 32 xal toplayan Malik Battl matçın ən məhsuldar basketbolçusu olub.
"Qalatasaray"da isə Aleksey Nikoliç və Alen Smailagiç hərəyə 13 xalla yadda qalıblar.
Qrupdakı növbəti matçda "Qalatasaray" Fransanın "Strasburq" klubunu qəbul edəcək, "Sibona" isə Polşanın "Legiya" (Varşava) kollektivi ilə üz-üzə gələcək.