"Vəziyyət yaxşı görünmür" – Pablo Laso Mayk Ceymsin zədəsindən danışdı
"Anadolu Efes"in aparıcı basketbolçusu Mayk Ceymsin zədələnməsi komandada ciddi təşvişə səbəb olub.
AzB.az xəbər verir ki, təcrübəli oyunçu "Srvena Zvezda" ilə qarşılaşmanın 3-cü pəriyodunda zədələnərək parketi vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.
Baş məşqçi Pablo Laso oyundan sonra vəziyyətin ciddiliyini təsdiqləyib və yekun diaqnozun tibbi müayinələrdən sonra qoyulacağını bildirib:
"Vəziyyət yaxşı görünmür. Amma tibbi heyətimizə güvənirik, İstanbula qayıtdıqdan sonra əlavə testlər aparılacaq. Belə bir basketbolçunun zədələnərək meydanı tərk etməsi komanda üçün ağır zərbə idi. Buna baxmayaraq, xarakter göstərməyi bacardıq".
İlkin ehtimallara görə, Mayk Ceymsin axill vətərində ciddi zədə var.
Təcrübəli basketbolçu sosial şəbəkə hesabında emosional paylaşım edərək azarkeşlərə müraciət edib:
"Çox pis hissdir... Dəhşətlidir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
