Avrokuboklar

"NBA Avroliqanı tamamilə almaq və ləğv etmək istəyir"

"NBA Avroliqanı tamamilə almaq və ləğv etmək istəyir"

Yunanıstanın AEK klubunun sahibi Makis Angelopulos NBA-in Avropa layihəsi və Avroliqanın gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

AzB.az xəbər verir ki, klub rəhbəri onların Avroliqaya konkret təklif göndərdiyini və bu addımın turnirin tamamilə ləğvi ilə nəticələnə biləcəyini bildirib.

Angelopulosun sözlərinə görə, təklif Avroliqanın bağlanmasını və səhmdar klublara maliyyə kompensasiyasının ödənilməsini nəzərdə tutur:

"Avroliqa Avropada qeyri-bərabər rəqabət mühiti yaradıb və kommersiya baxımından uğursuzdur. NBA-in hazırladığı yeni Avropa layihəsində isə bütün klublar bərabər şərtlərlə yarışacaq və hər qələbəyə 500 min avro mükafat veriləcək. Həmçinin yeni turnirdə 7 legioner və 5 yerli oyunçu limiti tətbiq olunacaq ki, bu da yerli basketbolun inkişafına təkan verəcək".

AEK-in bu layihədə iştirak imkanlarına toxunan klub sahibi lisenziya almağa fokuslandıqlarını və kluba qoşulmaq şanslarını 50 faiz qiymətləndirdiyini əlavə edib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər