Avrokuboklar

"Real Madrid"dən Avroliqada tarixinin ən pis startı

"Real Madrid"dən Avroliqada tarixinin ən pis startı

Avroliqada 3-cü turun oyunlarına start verilib. 

AzB.az xəbər verir ki, açılış matçında İsrailin "Hapoel Tel-Aviv" komandası İspaniya giqantı "Real Madrid"lə qarşılaşıb.

Gərgin keçən görüş "Hapoel Təl-Əviv"in 102:98 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Teo Maledon 24 xal və 7 məhsuldar ötürmə ilə matçın ən məhsuldar basketbolçusu olub. Elayca Brayant 22 xal və 13 ribaundla "double-double"a imza atıbsa, Vasilye Miçiç də görüşü 22 xal və 3 məhsuldar ötürmə ilə tamamlayıb.

Bu nəticə ilə "Real Madrid" Avroliqada mövsümə 3 oyunda 3 məğlubiyyətlə başlayaraq klub tarixinin ən pis startını gerçəkləşdirib.

Madrid təmsilçisi daha əvvəl "Dubay"a (77:78) və "Anadolu Efes"ə (84:94) uduzmuşdu.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər