Avrokuboklar

Avrokubok həyəcanı başlayır: Təmsilçilərimizin oyun cədvəli və canlı yayım kanalları

Avrokubok həyəcanı başlayır: Təmsilçilərimizin oyun cədvəli və canlı yayım kanalları

Azərbaycanın basketbol klublarının beynəlxalq turnirlərdəki növbəti qarşılaşmalarının oyun cədvəli və canlı yayımlacaq kanallar məlum olub.

AzB.az xəbər verir ki, təmsilçilərimiz oktyabrın 6-da və 7-də FIBA Çempionlar Liqası və FIBA Avropa Kubokunda ilk oyunlarını keçirəcəklər.

FIBA Çempionlar Liqasında mübarizə aparan "Sabah" BK oktyabrın 6-da səfərdə Litvanın "Ritas" komandası ilə qarşılaşacaq. "Vilnüs Arena"da keçiriləcək görüş saat 20:30-da başlayacaq və CBC TV vasitəsilə canlı yayımlanacaq.

Həmin gün FIBA Avropa Kubokunda yarışan "Neftçi" İK Yunanıstanda "Mikonos" klubunun qonağı olacaq. Saat 20:00-da start götürəcək matç İdman TV telekanalında canlı nümayiş etdiriləcək.

Oktyabrın 7-də isə FIBA Avropa Kubokundakı digər iki təmsilçimiz meydana çıxacaq.

"LANDAU Lions" Bakı İdman Sarayında "Lion" komandasını qəbul edəcək. Saat 19:00-da başlayacaq qarşılaşma İdman TV-nin "yutub" kanalı üzərindən canlı yayımlanacaq.

Günün digər matçında isə "Gəncə" BK Türkiyədə "Sinan Erdem" zalında "Esenler Erokspor" klubunun qonağı olacaq. Bu görüşün startı saat 20:00-a təyin olunub.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər