"Hapoel Tel-Əviv" basketball klubunun üzvü Elayca Brayant Avroliqada cari mövsümün ikinci turunun ən dəyərli oyunçusu (MVP) adına layiq görülüb.
AzB.az xəbər verir ki, təcrübəli basketbolçunun çıxış etdiyi İsrail təmsilçisi səfərdə Serbiya "Srvena Zvezda"sı üzərində 81:80 hesablı dramatik qələbə qazanıb.
Gərgin keçən qarşılaşmada 18 xal, 19 ribaund, 4 məhsuldar ötürmə və 4 topalma ilə yadda qalan Brayant komandasının qələbəsində əsas pay sahibi olub.
Avroliqada səkkizinci mövsümünü keçirən basketbolçu dördüncü dəfə turun ən dəyərli oyunçusu seçilməyi bacarıb.
Qeyd edək ki, E. Brayant ötən mövsüm turnirin rəmzi yığmasına da daxil edilmişdi.