Avrokuboklar

"Fənərbağça" – "Bayern" oyunu Avroliqa tarixinə düşdü

"Fənərbağça" – "Bayern" oyunu Avroliqa tarixinə düşdü

​Avroliqanın 2-ci turunda "Fənərbağça Tarfin"in "Bayern Münhen"i 100-76 hesabı ilə məğlub etdiyi qarşılaşma turnir tarixinə unikallığı ilə düşüb.

​AzB.az xəbər verir ki, bu oyun müasir Avroliqa tarixində (2000-ci il və sonrakı dövr) hər iki komandanın heyətində yer alan 24 oyunçunun hamısının (24-də 24) xal qazandığı 7-ci matç kimi qeydə alınıb.

​"Crunch" tərəfindən paylaşılan məlumatlara əsasən, parketdəki bütün oyunçuların xal ata bildiyi digər qarşılaşmalar bunlardır:

​30 sentyabr 2025: Virtus 74 – 68 Real Madrid

​24 oktyabr 2024: Real Madrid 95 – 72 Kızılyıldız

​20 noyabr 2018: Fenerbahçe 100 – 79 Darüşşafaka

​9 mart 2018: CSKA 101 – 76 Unicaja

​14 noyabr 2017: Baskonia 105 – 75 Real Madrid

​21 may 2017: Real Madrid 70 – 94 CSKA (Final Four, 3-cü yer uğrunda oyun)

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər