Avroliqada və Avropa basketbolunda oyun təqviminin həddindən artıq gərgin olması və cüt oyun həftələrinin artması tez-tez oyunçularla məşqçilərin narazılığına səbəb olur.
AzB.az xəbər verir ki, lakin "Anadolu Efes"in ulduz oyunçusu Mayk Ceyms bu məsələyə fərqli yanaşır.
Sosial şəbəkədəki bir şərhə cavab verən təcrübəli basketbolçu mövsümün uzun olması və çox səyahət edilməsi ilə bağlı şikayətləri "yersiz" adlandırıb və hər kəsi şikayətlənməkdən əl çəkməyə çağırıb.
8 aylıq uzun mövsüm ərzində cəmi 38 oyun keçirildiyini xatırladan Ceyms qazancını basketboldan əldə etdiyini vurğulayaraq, “Kaş daha çox oyun olsa!” - deyə bildirib.