Avrokuboklar

Vasiliadis: "Qrup mərhələsinə vəsiqə qazansaq da, oyundan razı qalmadım"

Vasiliadis: "Qrup mərhələsinə vəsiqə qazansaq da, oyundan razı qalmadım"

"Neftçi" basketbol klubunun baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunun təsnifat mərhələsinin cavab oyunundakı 61:73 hesablı məğlubiyyətdən sonra komandanın çıxışını şərh edib.

AzB.az xəbər verir ki, yunanıstanlı mütəxəssis mərhələ keçmələrinə baxmayaraq, nümayış olunan oyundan narazı qaldığını bildirib.

"Qrup mərhələsinə vəsiqə qazandığımız üçün məmnunam, lakin bu gün nümayış etdirdiyimiz oyundan razı qaldığımı söyləyə bilmərəm. Komanda maça lazımi səviyyədə köklənə bilmədi və meydanda basketbolçular arasında ünsiyyət istədiyim səviyyədə olmadı.

Sabahkı məşqdən etibarən komandanın mentaliteti üzərində daha ciddi işləməliyik. Hücumda çox sayda imkandan istifadə edə bilmədik. Bundan sonra digər oyunçulara da daha çox şans vermək variantını nəzərdən keçirəcəyəm.

Biz bu turnirə sadəcə iştirak üçün gəlməmişik. Məqsədimiz mümkün qədər çox qələbə qazanmaq və yüksək nəticələr əldə etməkdir"

Dostlarınla paylaş

Əlaqəli xəbərlər