Avrokuboklar

Tarixdə ilk dəfə: 4 Azərbaycan klubu AVROKUBOKLARDA!

Tarixdə ilk dəfə: 4 Azərbaycan klubu AVROKUBOKLARDA!

Tarixdə ilk dəfə Azərbaycanın 4 basketbol klubu avrokubokların əsas mərhələsində mübarizə aparacaq. 

AzB.az xəbər verir ki, 2026-27 mövsümündə ölkəmizi FIBA Çempionlar Liqasında 1, FIBA Avropa Kubokunda isə 3 klub təmsil edəcək. Bunlar son Azərbaycan çempionu "Sabah", ötən mövsümün gümüş medalçısı "LANDAU Lions", bürünc medal sahibi "Gəncə" və 4-cü pillənin sahibi "Neftçi"dir. 

"Sabah" Çempionlar Liqasının A qrupunda "Trabzonspor", "Nanterre" və "Ritas" ilə üz-üzə gələcək. 

FIBA Avropa Kubokunda Azərbaycan klublarının qrupları isə aşağıdakı kimidir:

C qrupu: "Gəncə", "Universitatya Krayova", "Sportinq", "Rilski Sportist", "Kolossos", "Esenler Erokspor". 

H qrupu: "Neftçi", "Oradea", "Friburq Olimpik", "VEF Riqa", "Mikonos", "Lokomotiv Plovdiv".

G qrupu: "LANDAU Lions", "Prievidza", "Lions de Geneve", "Benfika", "Bakken Bears Aarhus", "Yukatel Denizli Basket".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər