Avrokuboklar

"Gəncə" Avropa Kubokundakı ev oyunlarını doğma şəhərdə keçirəcək

"Gəncə" Avropa Kubokundakı ev oyunlarını doğma şəhərdə keçirəcək

Azərbaycan basketbol tarixində ilk dəfə region klubu kimi qitəmiqyaslı turnirə vəsiqə qazanan "Gəncə" ev oyunlarını doğma şəhərdə keçirəcək.

AzB.az xəbər verir ki, komanda FIBA Avropa Kubokunda rəqiblərini ən müasir standartlara cavab verən "Gəncə İdman Sarayı"nda qəbul edəcək.

Qeyd edək ki, sözügedən idman qurğusunda turnirin qrup mərhələsi üzrə ümumilikdə 5 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

"Gəncə"nin evdə keçirəcəyi oyunların təqvimi belədir:

13 oktyabr - "Kolossos" (Yunanıstan)

29 oktyabr - "Sportinq" (Portuqaliya)

12 noyabr - "Esenler Erokspor" (Türkiyə)

10 dekabr - "Rilski Sportis" (Bolqarıstan)

23 dekabr - "Universitetya Krayova" (Rumıniya(

Dostlarınla paylaş

Əlaqəli xəbərlər