Avrokuboklar

Şəhriyar Əsgərov: "Neftçi" Tallində qazandığı üstünlüyü qorumalıdır"

Şəhriyar Əsgərov: "Neftçi" Tallində qazandığı üstünlüyü qorumalıdır"

Azərbaycanlı basketbol mütəxəssisi Şəhriyar Əsgərov FIBA Avropa Kubokunun təsnifat mərhələsində keçiriləcək "Parnu" – "Neftçi" cavab oyunu barədə fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, o, "Neftçi"nin ilk görüşdəki təsirli oyununu xüsusi vurğulayıb:

"LANDAU Lions"un mərhələni adlaya bilməməsi bir qədər məyusluq yaratdı, lakin irəlidə hələ oyunlar var. Bu gün digər təmsilçimiz - "Neftçi" parketə çıxacaq. "Neftçi" Tallində əldə etdiyi qələbə hesabını qorumağı bacarmalıdır.

"Parnu" ilə ilk matçda keçən ilki heyətdən tamamilə fərqlənən, xeyli inkişaf etmiş bir "Neftçi" gördük. Komanda çox gözəl təsir bağışladı. Xüsusilə amerikalı legionerlərin çıxışı və yerli basketbolçulardan Ulaşın oyunu diqqətçəkən idi. Demək olar ki, bütün mövqələrdə rəqibi üstələdik. "Parnu"nun arxa xətt oyunçularından daha böyük müqavimət gözləyirdim, mərkəz basketbolçuları da keyfiyyətlidir. Lakin biz onları bütün komponentlərdə geridə qoyduq. Ümid edirəm ki, komandamız bugünkü matçda da eyni performansı təkrar edəcək".

Qeyd edək ki, "Parnu" - "Neftçi" matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 80:67 hesabı ilə qələbə qazanıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər