Türkiyə təmsilçisi "Anadolu Efes" Avroliqanın 2-ci turunda öz meydanında "Real Madrid"i qəbul edib.
AzB.azxəbər verir ki, qarşılaşmanın böyük hissəsində üstünlük göstərən İstanbul klubu sahadan 94:84 hesablı qələbə ilə ayrılıb.
Bu nəticə ilə "Anadolu Efes" cari mövsüm Avroliqada ilk qələbəsini qazanıb. Pablo Lasonun yetirmələri növbəti turda səfərdə "Srvena Zvezda"nın qonağı olacaq. Ardıcıl ikinci məğlubiyyətini alan "Real Madrid" isə səfərdə "Hapoel"lə qarşılaşacaq.
Qalib komandanın heyətində Pi Cey Dozyer 18 xal və Mayk Ceyms 12 xalla qələbədə böyük rol oynayıblar. "Real Madrid"də isə Fakundo Kampatso 16 xalla komandasının en məhsuldar oyunçusu olub.