Avrokuboklar

"Valensiya" Avroliqanın daimi üzvü olur

"Valensiya" Avroliqanın daimi üzvü olur

 "Valensiya" klubunun Avroliqanın yeni daimi lisenziyalı komandalarından birinə çevriləcəyi gözlənilir.

AzB.az xəbər verir ki, bu barədə "Las Provincias" nəşrinin insayderi Xuan Karlos Vilena məlumat yayıb.

Xəbərə görə, İspaniya təmsilçisi turnirin 11 yeni daimi klubundan biri olmaq üçün təxminən 40-50 milyon avro civarında ödəniş edəcək.

Klubun yeni istifadəyə verilən "Roig Arena" kompleksi də onun mövqelərini ciddi şəkildə gücləndirib. Məhz bu səbəbdən arena 2028-ci ildə keçiriləcək "Dördlər Finalı"na (Final Four) ev sahibliyi etmək üçün əsas favoritlərdən biri hesab olunur.

Təşkilatçı şəhərin cari mövsümün sonuna qədər açıqlanması planlaşdırıldığı üçün yerli hakimiyyət orqanlarının yaxın vaxtlarda rəsmi addımlar atacağı gözlənilir.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər