Luka Donçiçin "Los Anceles Leykers"dən komanda yoldaşı olan Nik Smitin "Real Madrid"ə transferində həlledici rol oynadığı məlum olub.
AzB.az xəbər verir ki, klubun basketbol direktoru Xuan Karlos Sançes "Real Madrid TV"-yə açıqlamasında transfer danışıqlarının təxminən 20 gün davam etdiyini bildirib.
Sançes qeyd edib ki, Luka Donçiç təkcə klub rəhbərliyinə müsbət tövsiyə verməyib, həm də danışıqlar prosesində birbaşa Nik Smitlə əlaqə saxlayaraq onu Avropaya keçməyə inandırıb.
Müqavilənin detalları: 22 yaşlı basketbolçu "Şarlott Hornets" və "Leykers"də keçirdiyi üç NBA mövsümündən sonra "Real Madrid" ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb.