"Real Madrid" basketbol klubunun direktoru Xuan Karlos Sançes NBA-nın Avropaya genişlənməsi ideyasını dəstəklədiyini bəyan edib.
AzB.az xəbər verir ki, Sançes "Real Madrid TV"yə açıqlamasında bu əməkdaşlığın qitə basketboluna böyük iqtisadi və media töhfəsi verəcəyini bildirib:
"NBA dünyanın ən güclü liqasıdır. Bu addım Avropa basketbolunun inkişafına böyük təkan verəcək. Ümid edirəm ki, proses tezliklə reallaşar. Əgər NBA Avropaya gələrsə, ilk çempionluq üzüyünü "Real Madrid" qazanacaq".
Klub rəsmisi həmçinin Avroliqada büdcələrin kəskin artmasından narahatlığını ifadə edərək, inflyasiyanın qarşısını almaq üçün NBA-dakı kimi maliyyə limitlərinin (salary cap) tətbiq olunmasını təklif edib.