Avrokuboklar

Brayant Danston 11 ildən sonra "Olimpiakos"a qayıtdı

Brayant Danston 11 ildən sonra "Olimpiakos"a qayıtdı
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Amerikalı mərkəz oyunçusu Brayant Danston 11 ildən sonra keçmiş klubu "Olimpiakos"a qayıdıb.

AzB.az xəbər verir ki, Yunanıstan təmsilçisi 39 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalayıb. 2013–2015-ci illərdə də Pirey klubunda çıxış etmiş Danston son illərdə iki dəfə Avroliqa çempionu olduğu "Anadolu Efes"də və "EA7 Emporio Armani Milan"da çıxış edib.

Avroliqada iki dəfə mövsümün ən yaxşı müdafiəçisi seçilən və ümumilikdə 381 matça çıxan təcrübəli oyunçu Yorgos Bartzokasın baş məşqçisi olduğu "Olimpiakos"da Evan Furnye, Sasha Vezenkov və Nikola Milutinov kimi ulduzlarla birgə mübarizə aparacaq.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər