Türkiyə Basketbol Superliqasının ilk turunda Avroliqa təmsilçiləri "Anadolu Efes" və "Beşiktaş" üz-üzə gəlib.
AzB.az xəbər verir ki, Basketbol İnkişaf Mərkəzində baş tutan qarşılaşmada 95:81 hesabı ilə qalib gələn "Anadolu Efes" yeni sezona uğurlu start verib.
Qalib komandanın heyətində Dario Şariç 16 xalla matçın ən məhsuldar oyunçusu olub. Mayk Ceyms və Cordan Loyd hərəyə 11, Metyu Strazel isə 10 xalla qələbəyə töhfə verib. "Beşiktaş"da Entoni Braun 13, Ante Jijiç 12 xalla yadda qalıb.
Növbəti turda "Anadolu Efes" "Pizzabulls Bordo Bandırma"nın qonağı olacaq, "Beşiktaş" isə "Trabzonspor"u qəbul edəcək.