"Olimpiakos" ardıcıl 5-ci dəfə Yunanıstan Superkubokunu qazandı
"Olimpiakos" Peristeridə keçirilən matçda PAOK-u 101:96 hesabı ilə məğlub edərək ardıcıl beşinci dəfə Yunanıstan Superkubokunun qalibi olub.
AzB.az xəbər verir ki, qarşılaşma ərzində xal fərqini 20-yə çatdıran və ilk hissəni 50:36 öndə bitirən "Olimpiakos" son dəqiqələrdə rəqibin gərgin müqaviməti ilə üzləşib. PAOK fərqi 1 xala (94:93) qədər endirsə də, son saniyələrdə daha dəqiq oynayan Pirey təmsilçisi qələbəni əldən verməyib.
Qalib komandanın heyətində 25 xal və 10 ribaundla "dabl-dabl" edən Saşa Vezenkov matçın ən yaxşı oyunçusu (MVP) seçilib. "Olimpiakos"da Montero 20, Evan Furnye 19 xalla qalibiyyətə töhfə verib.
PAOK-da isə Fostelin 18 xalı komandasını məğlubiyyətdən xilas etməyə kikayət etməyib.
Qeyd edək ki, "Olimpiakos" 2022-ci ildən bəri keçirilən bütün Yunanıstan Superkuboku turnirlərində çempionluq yaşayıb.
