Avrokuboklar

Litvalı basketbolçu PAOK-a keçir

Litvalı basketbolçu PAOK-a keçir
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Litvalı mərkəz oyunçusu Donatas Moteyunasın Yunanıstanın PAOK klubu ilə müqavilə imzalamağa yaxındır.

AzB.az xəbər verir ki, 36 yaşlı basketbolçunun yeni sözləşməsinin 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulacağı və tam təminatlı olacağı gözlənilir.

Moteyunas ötən mövsümü "Srvena Zvezda"da keçirib. O, Serbiya təmsilçisinə "Monako"dan icarə əsasında qoşulmuşdu. Əvvəlcə üç ay üçün nəzərdə tutulan müqavilə dekabr ayında mövsümün sonunadək uzadılmışdı.

Litvalı oyunçu Avroliqada çıxış etdiyi 27 oyunda orta hesabla 6,1 xal, 1,8 ribaund və 0,8 assistlə yadda qalıb. Adriatik Liqasında isə 18 matçda meydanda olan Moteyunas 8,3 xal, 3,5 ribaund və 1,2 assist göstəriciləri ilə diqqət çəkib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər