"Fənərbağça" Türkiyə Basketbol Liqasında yeni mövsümün ilk oyununda məğlub olub..
AzB.az xəbər verir ki, "Bahçeşehir" onları 98:83 hesabı ilə üstələyib.
Qalib komandanın heyətində Malaki Flinn 17 xalla ən məhsuldar oyunçu olub. Markis Rid 16 xal toplayıb, Trevion Uilyams 16 xal və 14 ribaundla "dabl-dabl"a imza atıb, Tayler Kavano isə görüşü 10 xalla başa vurub.
"Fənərbağça"da Teylen Horton-Taker 16 xal toplayıb. Şavon Şilds 13 xal və 7 ribaund, Brekston Ki 12 xal, Trent Forrest isə 10 xalla yadda qalıb.
Qeyd edək ki, bu qarşılaşma Avropa klub basketboluna qayıdaraq "Bahçeşehir"in baş məşqçi postunu təhvil alan Aleksandar Corceviç üçün də rəsmi debüt matçı olub.