NBA rəhbərliyi Avropada mümkün əməkdaşlıq üçün Avroliqaya rəsmi təklif göndərib.
AzB.az xəbər verir ki, təklifin detalları hələlik açıqlanmasa da, məsələ oktyabrın 5-də İtaliyada baş tutacaq Avroliqa sahiblərinin toplantısında müzakirə ediləcək.
NBA-nın Avropada öz liqasını yaratmaq planı qüvvədə qalır. Eyni zamanda Avroliqa da 24 komanda ilə genişlənməyə və hazırkı 13 klubun üzərinə 8 yeni iştirakçı əlavə etməyə hazırlaşır.
Hər iki qurum rəsmi açıqlama verməsə də, aralarındakı təmaslar davam edir. Həm Avroliqa rəhbəri Çus Bueno, həm də NBA komissarı Adam Silver birgə liqanın ideal yol olduğunu dəfələrlə vurğulayıblar.
Avropa basketbolunun gələcəyini müəyyənləşdirəcək bu əməkdaşlığın baş tutub-tutmayacağı tezliklə aydınlaşacaq.