"Barselona" mövsümə 119 xalla parlaq start verdi
"Barselona" İspaniya çempionatının yeni mövsümünə inamlı qələbə ilə başlayıb.
AzB.az xəbər verir ki, Kataloniya təmsilçisi doğma meydanda "Leyma Korunya" üzərində 119:101 hesabı ilə üstünlük qazanıb.
Oyunun ilk üç hissəsində qonaqlar müqavimət göstərsələr də, son hissədə "Barselona" 34 xal toplayaraq fərqi artırıb və rahat qələbə əldə edib. Aleksander Balçerovski 21 xal və 6 ribaundla komandasının ən məhsuldar oyunçusu olub. O, bütün atışlarını dəqiq yerinə yetirib (9/9).
Tayris Martin 16, Dario Brizuela isə 15 xal toplayıb. Joel Parra 12, Olivye Nkamua, Kevin Panter və Castin Robinson isə hərəyə 10 xal ilə yadda qalıb. Xuan Nunyes 14 dəqiqədən az vaxtda 6 assist edib.
Qonaqlarda Corc Konditt 17 xal və 8 ribaund, Alonzo Verce 16 xal və 9 assist, Pol Yorqensen isə 13 xal ilə fərqlənib.
