Türkiyə Basketbol Super Liqasında ilk turun həyəcanı davam edir.
AzB.az xəbər verir ki, günün son qarşılaşmasında "Qalatasaray" öz meydanında "Çayırova Bələdiyyəsi"ni qəbul edib.
Sonuncu periyodda üstün oyun nümayiş etdirən "Qalatasaray" 102:79 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə ilə Canmarko Potsekkonun baş məşqçisi olduğu "sarı-qırmızılar" yeni mövsümə uğurla başlayıb.
"Qalatasaray"da Alen Smailagiç 16 xal (7 ribaund), Dişon Pyer 16 xal, Şehmus Hazer 15 xal (5 ribaund, 5 asist), Çimezi Metu isə 13 xalla (9 ribaund, 6 asist) yadda qalıb.
"Çayırova Bələdiyyəsi"ndə isə Cordon Kroufordun 21 xal və 11 asistlik oyunu məğlubiyyətin qarşısını ala bilməyib.