Yasikeviçyus özünü tənqid edib
Avroliqanın açılış oyununda "Fənərbağça" doğma meydançada "Virtus Bolonya" üzərində 78:68 hesabı ilə qələbə qazanıb.
AzB.az xəbər verir ki, İstanbul təmsilçisi son hissədə geridə olsa da, təcrübəsinin hesabına üstünlüyü ələ alaraq qalib gəlib.
Oyundan sonra "Fənərbağça"nın baş məşqçisi Şarunas Yasikeviçyus ilk təəssüratlarını bölüşüb.
"Mövsümün bu mərhələsində bizim üçün ən vacib məsələ yeni oyunçuları sistemə uyğunlaşdırmaqdır. Təbii ki, bu prosesdə qələbə qazanaraq irəliləmək lazımdır. Bu gün ən yaxşı oyunumuzu göstərmədik. Üstəlik, "Fənərbağça" bu gün yaxşı idarə olunmadı.
Buna baxmayaraq, qalib gəldik, amma bu qarşılaşmadan, ilk növbədə, özüm olmaqla, dərs çıxarmalıyıq. Müdafiədə taktiki səhv etdim. İkinci hissədə müdafiə sxemini dəyişəndə rəqibi dayandıra bildik. Demək olar ki, bu, əsasən mənim səhvim idi. Müdafiədə dəyişiklik etmək bizim üçün düzgün addım oldu", – Yasikeviçyus bildirib.
