Avrokuboklar

"Neftçi"nin qələbəsinə töhfə verənlər - STATİSTİKA

"Neftçi"nin qələbəsinə töhfə verənlər - STATİSTİKA

FIBA Avropa Kubokunun təsnifat mərhələsinin ilk matçında Estoniyanın "Parnu" klubunu 80:67 hesabı ilə məğlub edən "Neftçi"nin fərdi göstəriciləri bəlli olub.

AzB.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində matçın ən məhsuldar basketbolçusu Şakil Prays olub. Meydanda 34 dəqiqə 18 saniyə mübarizə aparan amerikalı müdafiəçi 21 xalla qələbədə böyük rol oynayıb.

Komandanın digər aparıcı üzvü Elayca Hokins də parlaq performansı ilə diqqət çəkib. Oyunqurucu mövqeyində çıxış edən basketbolçu 31 dəqiqə ərzində 19 xal, 5 assist və 3 ribaundla oyunu tamamlayıb.

Səbət altında isə Rob Hovard və Aleksa Stepanoviç fəallıq göstəriblər. Hovard 13 xal və 7 ribaund müəllifi olduğu halda, Stepanoviç 10 xal və 8 ribaundla (komandada ən yüksək göstərici) çıxış edib.

Ümumilikdə "Neftçi" qarşılaşmanı 53.2 faizlik atışı dəqiqliyi ilə bitirib. Komanda üzvləri 2 xallıq atışlarda 65.9 faiz, cərimə atışlarında isə 80 faizlik dəqiqlik nümayiş etdiriblər.

"Neftçi"nin heyətində 80 xalı bu oyunçular atıb:

Şakel Prayss (21), Elayca Hokins (19), Rob Hauard (13), Aleksa Stepanoviç (10), Miliç Starovlah (8), Ulaş Turqut (6), Zakariya Hiks (3).

Qeyd edək ki, Nicat Nəsirov, Tunar Hacızadə, Ramazan Qarayev və Ağa Ağayev bu oyunda şans qazanmayıblar.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər