Avrokuboklar

"Neftçi"nin oyunçusu: “Cavab oyununda möhkəmliyimizi göstərməliyik” - MÜSAHİBƏ

"Neftçi"nin oyunçusu: “Cavab oyununda möhkəmliyimizi göstərməliyik” - MÜSAHİBƏ

"Neftçi"nin basketbolçusu Şakil Prays "Parnu"ya qarşı FIBA Avropa Kuboku oyunundan sonra AZB.az-a müsahibə verib.

O, əvvəlcə qələbə qazandıqları oyunu şərh edib:

-Məncə, müdafiədə çox yaxşı çıxış etdik. Top itkiləri ilə bağlı bəzi məqamları düzəltməliyik. Məşqçilər bizə yaxşı oyun planı təqdim etdilər və onun müəyyən hissələrini parketdə tətbiq edə bildik. Videoya baxacağıq və növbəti həftə üçün daha da yaxşı olmağa çalışacağıq.

-Oyunu bir sözlə necə təsvir edərdin?

-Çətin. Düşünürəm ki, çox yaxşı rəqibə qarşı oynadıq. Onlar bizə fərqli müdafiə sistemləri və müxtəlif oyun variantları təqdim edirlər. Yaxşı məşq olunmuş komandadırlar və mübarizə aparırlar. Buna görə də 40 dəqiqə ərzində oynamaq çox çətin idi. Onlara qarşı daha 40 dəqiqəlik oyunumuz var və həmin qarşılaşmada da mübarizə aparmalı, möhkəmliyimizi göstərməliyik.

-Bu mövsüm “Neftçi”nin hədəfləri nədir?

-Düşünürəm ki, əsas məqsədimiz, əlbəttə, mübarizə aparmaq və FIBA Avropa Kubokunda qrup mərhələsinə yüksəlməkdir. Eyni zamanda, yerli çempionatda da yaxşı çıxış etmək və dominant olmaq istəyirik.

-Azarkeşlərə sözlərin nədir?

-Oyuna gəldiyiniz və qarşılaşma boyu yaratdığınız möhtəşəm atmosfer üçün sizə çox təşəkkür edirəm. Sizin dəstəyiniz qələbəyə doğru bizi çox ruhlandırdı. Ümid edirəm ki, mövsüm boyunca bu enerjini hiss etməyə davam edəcəyik.

-Öz çıxışını necə qiymətləndirirsən?

-Düşünürəm ki, yaxşı oynadım. İkinci hissədə qaçırdığım və mütləq səbətə çevirməli olduğumu düşündüyüm bir neçə atış oldu. Bundan başqa, bəzi top itkilərimi və müdafiədəki səhvlərimi düzəltməliyəm. Ümumilikdə isə düşünürəm ki, yaxşı çıxış etdim.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər