Avrokuboklar

Vasiliadis "Parnu" üzərindəki qələbəni dəyərləndirib

Vasiliadis "Parnu" üzərindəki qələbəni dəyərləndirib

“Neftçi”nin baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunun təsnifat mərhələsində “Parnu”ya qarşı keçirilən ilk oyundan sonra açıqlama verib.

AzB.az xəbər verir ki, yunanıstanlı mütəxəssis matçın komanda üçün ilk rəsmi qarşılaşma olduğunu bildirib:

“Bu, bizim ilk rəsmi oyunumuz idi. Son günlərdə müəyyən məsələlər üzərində çalışdıq və yoldaşlıq oyunları keçirdik. Oyun dəyişkən keçdi. Bəzi dəqiqələrdə yaxşı, bəzilərində isə zəif oynadıq. Ötürmələrdə səhvlər etdik.

Biz səfərdə qalib gəlməliyik, döyüşməliyik. Səfərə məğlub olmaq üçün yox, qalib gəlmək üçün gedəcəyik. Mənim komandamda mübarizə aparan, savaşan oyunçular yer alacaq.

“Parnu” zəif komanda deyildi. Komandamızda 10 yeni oyunçu var. Bəzi oyunçular komandaya cəmi 10 gün əvvəl qoşulublar. Cəmi 6 hazırlıq oyunu keçirmişdik. Bir ay sonra daha yaxşı komanda görəcəksiniz.

Komandamız daha da güclənəcək və səhvlərimizi aradan qaldıracağıq. Fiziki cəhətdən də daha hazır olacağıq”.

Qeyd edək ki, "Neftçi" ilk oyunda Estoniya klubunu 80:67 hesabı ilə məğlub edib. Cavab oyunu bir həftə sonra baş tutacaq.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər