Avrokuboklar

"Jalgiris"in idman direktoru Avroliqaya çağırış etdi: "Transfer prosesi nəzarətdən çıxır"

"Jalgiris"in idman direktoru Avroliqaya çağırış etdi: "Transfer prosesi nəzarətdən çıxır"

"Jalgiris"in idman direktoru Gediminas Navitskas bildirib ki, Avroliqa klubları digər komandaların müqaviləsi davam edən oyunçuları transfer etmək cəhdlərindən qorunmaq üçün daha sərt və dəqiq qaydalara ehtiyac duyur.

AzB.az xəbər verir ki, Navitskas bu məsələyə misal olaraq Tomas Uokapın "Dubay"la bağlı vəziyyətini göstərib. O, həmçinin "Panatinaikos"un vaxtilə Naycel Uilyams-Qossu transfer etməyə ciddi cəhd göstərdiyini, lakin "Jalgiris"in amerikalı müdafiəçini heyətdə saxlamaq üçün onun müqavilə şərtlərinə yenidən baxdığını bildirib:

"Biz bu təhlükəni real olaraq görürük. Faktlar da bunu təsdiqlədi, "Panatinaikos"un marağı açıq-aşkar var idi. Lakin biz Naycelin satışını heç vaxt düşünməmişik və onun üçün hər hansı qiymət təyin etməmişdik. Çünki o, komandamızın əsas sütunlarından biridir və bütün heyəti onun ətrafında qurmuşduq".

Litva klubunun rəsmisi hesab edir ki, bu problem təkcə "Jalgiris"i deyil, digər Avropa nəhənglərini də narahat edir:

"Avroliqada mütləq daha aydın qayda-qanun görmək istəyirik. Bu məsələni artıq qaldırmışıq və mübarizəmizi davam etdirəcəyik. Təkcə biz deyil, digər Avroliqa klubları da transfer prosesinin nəzarətdən çıxdığının fərqindədirlər".

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər